SÜJET

Rusiyada azərbaycanlılara qarşı vəhşilik Erməni hərbi cinayətkarların məhkəməsi Kiberdələduzluq Böyük Qayıdış Süni intellekt
Bakıda bu marşrutların hərəkət sxemi dəyişdirilir

Bakıda bu marşrutların hərəkət sxemi dəyişdirilir

  • 23 iyul 2025, 17:31

Bakıda iki müntəzəm marşrutun hərəkət sxemi dəyişdirilir.

Yurd.Media xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.

Məlumata görə, iyulun 24-25-də 126 və 554 nömrəli müntəzəm marşrutların hərəkət sxemi üzrə yerləşən dəmir yolu keçidində (Puta-Abşeron mənzilinin tək yolu) aidiyyəti qurum tərəfindən aparılacaq təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq ediləcək.

Məhdudiyyət səbəbindən 126 nömrəli marşrutun hərəkəti müvəqqəti olaraq Şonqar qəsəbəsi - Dəmir yolu keçidi və Dəmir yolu keçidi - "Sədərək" ticarət mərkəzi, 554 nömrəli marşrutun hərəkəti isə Güzdək qəsəbəsi - Dəmir yolu keçidi və Dəmir yolu keçidi - Lökbatan qəsəbəsi istiqamətləri üzrə təşkil olunacaq.

Prime Leasing