Alternativ taksi sifarişi platformaları Heydər Əliyev Beynəlxalq Aeroportunun ərazisində bloklanır.
Yurd.Media xəbər verir ki, İTV-yə danışan sürücülərin sözlərinə görə, hava limanının ərazisinə daxil olduqları an tətbiqlər üzərindən sifariş almaq imkanı itir: sistemdə ya texniki xəta baş verir, ya da tətbiq, ümumiyyətlə, fəaliyyət göstərmir.
Onlar qeyd edir ki, hava limanında yalnız seçilmiş şirkətə aid olan taksi xidməti vasitəsilə müştərilərin daşınmasına icazə verilir. Bu isə onların qazancına mənfi təsir göstərir.
Məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib ki, taksi fəaliyyəti göstərən nəqliyyat vasitələri və onların sürücüləri üçün qanunvericilikdə xüsusi tələblər müəyyən edilib.