“Azərbaycan Televiziya və Radio Verilişləri” QSC (AzTV) 2024-cü ilin yekunları ilə bağlı maliyyə göstəricilərini açıqlayıb.
Yurd.Media xəbər verir ki, səhmdar cəmiyyəti ötən il 1,1 milyon manat zərər edib (əvvəlki ildən 19,4 milyon manat mənfəətlə çıxmışdı).
Bu ilin əvvəlinə AzTV-nin aktivləri ötən ilin əvvəlinə nisbətən 1,9% az – 34,2 milyon manat təşkil edib. Telekanalın öhdəlikləri 2,3 milyon manat (42,2% çox), balans kapitalı isə 31,8 milyon manat (4,1% az), o cümlədən nizamnamə kapitalı 10,7 milyon manat (dəyişməyib) olub.