Bu ilin yanvar-aprel aylarında Azərbaycan əhalisinin içkilər və tütün məmulatlarının alınmasına çəkdiyi xərc 996,1 milyon manat təşkil edib.
Bu barədə Yurd.Media-ya Dövlət Statistika Komitəsindən bildirilib.
Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 1,5% çoxdur.
Hesabat dövründə içkilər və tütün məmulatları xərcləri pərakəndə ticarət dövriyyəsinin təxminən 5%-i qədər olub.