SÜJET

WUF13 Bank Böyük Qayıdış Market araşdırması Sülh gündəliyi
Bakı–Tbilisi qatarının yola düşmə vaxtı və dayanacaq stansiyaları

Bakı–Tbilisi qatarının yola düşmə vaxtı və dayanacaq stansiyaları

  • 19 may 2026, 23:08

Bakı–Tbilisi–Bakı marşrutu üzrə hərəkət edəcək qatarların dayanacağı stansiyalar və yola düşmə saat açıqlanıb.

“Azərbaycan Dəmir Yolları”dan (ADY) Yurd.Media-ya bildirilib ki, "Gürcüstan Dəmir Yolları" ilə əldə olunmuş ilkin razılaşmaya əsasən, qatarlar hər gün Bakıdan saat 23:10-da yola düşəcək və növbəti gün saat 08:41-də Tblisiyə çatacaq, Tbilisidən isə saat 21:00-da yola düşməklə növbəti gün Bakıya saat 06:24-də çatacaq.

Bildirilib ki, Bakı–Tbilisi–Bakı marşrutu üzrə qatarlara Azərbaycan ərazisində Bakı Dəmiryol Vağzalı, Biləcəri, Yevlax, Gəncə, Ağstafa və Böyük Kəsik stansiyalarında, Gürcüstan ərazisində isə Qardabani stansiyası və Tbilisi Dəmiryol Vağzalında dayanacaq veriləcək.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları