“Amfa Construction” şirkəti “Azərişıq” ASC üçün Naxçıvanda 5,2 milyon manatlıq layihə icra edəcək.
Yurd.Media "İqtisadiyyat.az"-a istinadən xəbər verir ki, Naxçıvan şəhəri Qaraxanbəy-Bulqan və Culfa rayonu Əbrəqunus kəndləri üzrə komplekt transformator məntəqələrinin, 10 və 0,4 kV-luq paylayıcı elektrik şəbəkəsinin ÖİN xətlərlə yenidənqurulması işləri həyata keçiriləcək.
Məlumata əsasən, “Azərişıq” ASC bununla bağlı hazırlıqlara yekun vurub.
Belə ki, yenidən qurma işlərini həyata keçirəcək.
Yenidən qurma işlərinə 5 milyon 201 min manat vəsait sərf olunacaq.