SÜJET

Erməni hərbi cinayətkarların məhkəməsi Bank Böyük Qayıdış Daşınmaz əmlak Süni intellekt
Şəmkirdə qızılgül istehsalçısı səhmlərini dövriyyədən çıxarır

Şəmkirdə qızılgül istehsalçısı səhmlərini dövriyyədən çıxarır

  • 12 fevral 2026, 12:13
Şəmkir

“Az-Ros Garden” QSC 2 050 manat məbləğində nizamnamə kapitalını formalaşdıran hər birinin nominal dəyəri 50 manat olan, 41 ədəd adi, adlı səhmini dövriyyədən çıxardığını elan edib.

Yurd.Media xəbər verir ki, Səhmdar cəmiyyəti bununla bağlı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “Vergilər” qəzetində elan verib.

Elanda deyilir ki, buna səbəb şirkətin təşkilati-hüquqi formasını MMC-yə dəyişdirməsidir.

“Az-Ros Garden” 2017-ci ildə yaradılıb.

Şirkət qızılgül istehsalı və ixracı ilə məşğuldur.

“Az-Ros Garden” Qapalı Səhmdar Cəmiyyəti Şəmkir rayonu, Şəmkir şəhəri, Nəsimi ev 8B ünvanında fəaliyyət göstərir. Qanuni təmsilçisi İslam İsgəndərov Nəsrəddin oğludur.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları