SÜJET
Heydər Əliyev adına Sarayda mühafizə işini təşkil edəcək şirkət müəyyənləşib.
Yurd.Media xəbər verir ki, bu iş "Fileur Global Security Group" Məhdud Məsuliyyətli Cəmiyyətinə tapşırılıb. Mühafizə şirkətinə 86 min manat ödəniləcək.
Sarayda mühafizə işi 8 nəfərlik heyətlə və 3 növbəli rejimdə təşkil olunacaq. Bütün mühafizəçilər həm gecə həm də gündüz rejimində çalışacaqlar.
"Fileur Global Security Group" MMC 2008-ci ildən fəaliyyət göstərir. Qanuni təmsilçisi Hüseynov Nizaməddin Şamil oğludur.