SÜJET

Süni intellekt Böyük Qayıdış Kiberdələduzluq Erməni hərbi cinayətkarların məhkəməsi Rusiyada azərbaycanlılara qarşı vəhşilik
ADY Abşeron dairəvi dəmiryol marşrutu üzrə Dərnəgül stansiyasının tikintisinə başlayıb

ADY Abşeron dairəvi dəmiryol marşrutu üzrə "Dərnəgül" stansiyasının tikintisinə başlayıb

  • 06 avqust 2025, 15:10

"Azərbaycan Dəmir Yolları" (ADY) QSC Abşeron dairəvi dəmiryol marşrutu üzrə "Dərnəgül" stansiyasının tikintisinə başlayıb.

Yurd.Media xəbər verir ki, bu barədə "Trend"in sorğusuna cavab olaraq ADY-dən məlumat verilib.

"Layihə çərçivəsində stansiyada dörd ədəd platforma, iki ədəd turniket binası inşa olunacaq.

Tikinti işlərinin 2025-ci ilin sonunda başa çatdırılması planlaşdırılır.

Dərnəgül ərazisində eyniadlı stansiyanın tikintisində məqsəd sərnişin daşımalarının səmərəliliyini artırmaqla yanaşı, Abşeron dairəvi marşrutu üzrə nəqliyyat xidmətlərinin daha geniş əhali təbəqəsi üçün əlçatanlığını təmin etməkdir", - deyə ADY-dən bildirilib.

Prime Leasing