SÜJET

Süni intellekt Böyük Qayıdış Kiberdələduzluq Erməni hərbi cinayətkarların məhkəməsi Rusiyada azərbaycanlılara qarşı vəhşilik
Notbukunuzun ömrünü uzatmaq istəyirsinizsə, bunları edin

Notbukunuzun ömrünü uzatmaq istəyirsinizsə, bunları edin

Notbukunuzu təmizləmək, düşündüyünüzdən daha çox əhəmiyyətli bir vərdişdir. Klaviatura aralarına, ekran menteşesinə və ya bağlantı nöqtələrinə girən toz və kirlər zamanla avadanlıq problemlərinə səbəb ola bilir. Halbuki müntəzəm təmizliklə cihazınız həm daha uzunömürlü olar, həm də ikinci əl satışında daha yüksək qiymətə alıcı tapa bilər. Üstəlik, bu proses nə bahalıdır, nə də vaxt itkisi... Sadəcə bir neçə sadə materiallarla notbukunuzu ilk gündəki kimi təmiz hala gətirə bilərsiniz.

İŞƏ BAŞLAMAZDAN ƏVVƏL DİQQƏT!

Təmizlikdən əvvəl mütləq cihazı söndürün.
LAZIM OLAN MATERİALLAR - Yumşaq, tük buraxmayan mikrofiber parça

- Su

- Yetmiş faiz izopropil spirt tərkibli təmizləyici salfetlər

- Ekran təmizləyici məhlul

- Təzyiqli hava spreyi

Notbuk ekranı, cihazın ən həssas hissəsidir. Bu səbəbdən ekranı təmizləyərkən əlavə diqqətli olmaq lazımdır. “Apple” ın tövsiyə etdiyi kimi, azacıq nəmli mikrofiber parça kifayətdir. Əgər inad ləkələr varsa, 70% izopropil spirt tərkibli salfetlər seçilə bilər.
Təmizlik zamanı:

- Parçanı azacıq nəmləndirin, mayeni birbaşa ekrana deyil, parçaya tətbiq edin.
- Ekranı yuxarıdan aşağıya doğru yumşaq hərəkətlərlə silin.

- Həddindən artıq basmaqdan çəkinin; ekranın arxasını dəstəkləyərək əməliyyat apara bilərsiniz.

- Nəm qalan səthi ayrı bir quru parça ilə silərək prosesi tamamlayın.

Prime Leasing