SÜJET

Daşınmaz əmlak Bank Sülh gündəliyi Süni intellekt Böyük Qayıdış
Azərbaycanda daha sağlam və dayanıqlı şəhər mühiti formalaşdırılır

Azərbaycanda daha sağlam və dayanıqlı şəhər mühiti formalaşdırılır

  • 30 yanvar 2026, 22:17

Bakıda və ölkənin digər şəhərlərində daha sağlam və dayanıqlı şəhər mühitinin formalaşması həyata keçiriləcək.

Yurd.Media xəbər verir ki, Prezident İlham Əliyevin bu gün imzalanan sərəncamla təsdiqlənən "Azərbaycan Respublikasında 2026-cı ilin "Şəhərsalma və Memarlıq İli" elan edilməsi ilə bağlı Tədbirlər Planı"nda bir sıra şəhərlərində dayanıqlı şəhər mühitinin formalaşması və ətraf mühitin qorunması məqsədilə tədbirlər görüləcəyi əks olunub.

Məlumata görə, Bakıda və ölkənin digər şəhərlərində daha sağlam və dayanıqlı şəhər mühitinin formalaşması və ətraf mühitin qorunması məqsədilə tədbirlər görüləcək (mövcud parkların, tarix və mədəniyyət abidələrinin ərazisində və yaxın ərazilərdə abadlıq işləri, küçə və ictimai məkanların yenidən qurulacaq, yaşıllıq zolaqları (o cümlədən yolkənarı ərazilərdə) salınacaq.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları