SÜJET

Daşınmaz əmlak Bank Sülh gündəliyi Süni intellekt Böyük Qayıdış
Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi ilin yekunlarını müzakirə edib

Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi ilin yekunlarını müzakirə edib

  • 31 yanvar 2026, 14:41

Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyində 2025-ci ilin yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş kollegiya iclası keçirilib.

Yurd.Media xəbər verir ki, Dövlət Agentliyin rəisi general-mayor Sərdar Səfərov ötən ilin yekunları ilə bağlı çıxış edib.

Kollegiya iclasında hesabat dövründə qurumun struktur bölmələri tərəfindən görülmüş işlərə dair məruzələr dinlənilib, 2026-cı ildə Dövlət Agentliyinin fəaliyyətinin təkmilləşdirilməsi, qanunvericiliklə müəyyən edilmiş vəzifələrin icrası, hərbi qulluqçuların döyüş hazırlığının və peşəkarlığının daha da gücləndirilməsi istiqamətində atılmalı olan addımlarla bağlı zəruri tapşırıqlar verilib.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları