SÜJET

Daşınmaz əmlak Bank Sülh gündəliyi Süni intellekt Böyük Qayıdış
Prezidentin təltif etdiyi gənclərin TƏQDİMATI - FOTO

Prezidentin təltif etdiyi gənclərin TƏQDİMATI - FOTO

  • 31 yanvar 2026, 11:43

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev 2026-cı il Gənclər üçün Prezident mükafatlarının verilməsi haqqında Sərəncam imzalayıb

Sərəncama əsasən, Gənclər üçün Prezident mükafatına namizədlərin seçilməsi üzrə Ekspert Komissiyasının təklifi nəzərə alınaraq elm, təhsil, mədəniyyət, gənclər siyasəti və gənclərlə iş, ictimai və sosialyönümlü fəaliyyət, innovasiya və sahibkarlıq sahələrində xüsusi fərqlənən şəxslər mükafatlandırılıb.

Yurd.Media "Teleqraf"a istinadən təltif olunan gənclərdən bəziləri barədə məlumatları təqdim edir:

Gülbağda Leysanova 

"Regional İnkişaf” İctimai Birliyinin Beynəlxalq təşkilatlarla əməkdaşlıq şöbəsinin müdiridir.

Sərxan Ağadadaşov

Milli Aviasiya Akademiyasının Uçuş aparatlarının işlənib hazırlanması laboratoriyasının layihələndirmə üzrə aparıcı mühəndisidir. 

O, Milli Aviasiya Akademiyasını təmsil edən "MokingJay" komandasının üzvü kimi pilotsuz uçuş aparatları kateqoriyasında "TEKNOFEST Azərbaycan" festivalının qalibi olub.

Elmina Həsənova 

Mezzo-soprano səs tembirinə malik opera ifaçısıdır.

O, 2024-cü ildə Hindistanın Mumbay şəhərində keçirilən mötəbər beynəlxalq opera ifaçılığı müsabiqəsində Operalia müsabiqəsində ikinci yerə və Pepita Embil mükafatına layiq görülüb.

Leyla Həsənova 

Qoşulmama Hərəkatı Gənclər Təşkilatının Baş katibi vəzifəsində çalışır.

O, ADA Universitetində "Beynəlxalq münasibətlər” ixtisası üzrə bakalavr və "Dövlət qulluğunun təşkili və idarə edilməsi” ixtisası üzrə magistr dərəcəsi alıb.

Mahir Tağızadə 

Azərbaycanın gənc opera müğənniləri nəslinin ən görkəmli nümayəndələrindən biridir.

Güclü bariton və zəngin səhnə ifaçılığı ilə o, həm ölkə daxilində, həm də xaricdə tanınır.

Səməd Novruzov

Əslən Şuşadandır. Bakı Musiqi Akademiyasını bitirib. Vokolistdir.

Hazırda DOST İnklüziv və Yaradıcılıq Mərkəzində çalışır.

Lamiyə Məmmədova 

Daha öncə "Böyük Qayıdış” Gənclər Təşkilatının proqram meneceri kimi fəaliyyət göstərib. Hazırda Qarabağ Universitetinin əməkdaşıdır.

Mahmud İsmayılov

"TEKNOFEST Azerbaijan 2022” festivalında Robototexnika Müsabiqəsi üzrə qızıl medal qazanıb.

Bundan başqa, o, həmin festivalda BakuSkills - 3D Çap Müsabiqəsi üzrə gümüş medala yiyələnib.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları