SÜJET

Daşınmaz əmlak Bank Sülh gündəliyi Süni intellekt Böyük Qayıdış
Eksternlər üçün imtahan keçirilir

Eksternlər üçün imtahan keçirilir

  • 31 yanvar 2026, 11:01

Eksternat qaydada imtahan başlayıb.

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən (MÜTDA) Yurd.Media-ya bildirilib ki, əvvəlki illərdə ümumi təhsil müəssisələrini ümumi orta (IX) və tam orta (XI) təhsil səviyyələri üzrə başa vura bilməyən şəxslər üçün eksternat qaydada keçiriləcək imtahanlara sənəd qəbulu artıq yekunlaşıb.

Cari ildə 6 mindən çox şəxs imtahanda iştirak etmək üçün müraciət edib.

İmtahan yerli təhsili idarəetmə orqanları tərəfindən 31 yanvar saat 11:00-da başlayıb.

Qeyd edək ki, sərbəst (eksternat) təhsilalma formasının tətbiqi müxtəlif səbəblərdən ümumi orta və ya tam orta təhsil səviyyəsini başa vura bilməmiş şəxslərə bu səviyyələr üzrə buraxılış imtahanı verib müvafiq təhsil sənədi almaq üçün şərait yaratmaq məqsədi daşıyır.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları