SÜJET

Daşınmaz əmlak Bank Sülh gündəliyi Süni intellekt Böyük Qayıdış
Sumqayıtda ev belə yandı - VİDEO

Sumqayıtda ev belə yandı - VİDEO

  • 31 yanvar 2026, 15:23

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsi ərazisində fərdi yaşayış evində yanğın baş verməsi barədə məlumat daxil olub.

FHN-in Mətbuat xidmətindən Yurd.Media-ya bildirilib ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Sumqayıt Şəhər Yanğından Mühafizə İdarəsinin qüvvələri cəlb olunub.

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində ümumi sahəsi 70kv.m. olan birmərtəbəli fərdi yaşayış evində baş vermiş yanğın genişlənməsinə, o cümlədən bitişik tikilmiş evlərə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində ikiotaqlı evin dam örtüyünün yanar konstruksiyaları yanıb.

Xəsarət alan olmayıb.

Evin qalan hissəsi və bitişik tikilmiş evlər yanğından mühafizə olunub.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları