2025-ci ildə Azərbaycan vətəndaşları 512,2 min ədəd “ASAN İmza” əldə edib ki, bu da 2024-cü illə müqayisədə 14,8% azdır.
Bu barədə Yurd.Media-ya İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib.
Məlumata görə, ötən il "ASAN İmza"lar 333 388 müraciət üzrə təqdim olunub.
Bu isə əvvəlki ilə nisbətən 11,8% azdır.