Xəzər dənizində zəlzələ qeydə alınıb.
Respublika Seysmoloji Xidmət Mərkəzindən Yurd.Media-ya bildirilib ki, 02:13-də qeydə alınan zəlzələnin maqnitudası 4, dərinliyi 72 km olub.
Daha sonra Zərdab stansiyasından 35 km şimalda, Ağdaş rayonunda isə 3,1 maqnitudalı zəlzələ qeydə alınıb.
Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, yeri vaxtla 02:50-də baş verən yeraltı təkanların ocağı 4 kilometr dərinlikdə yerləşib. Zəlzələ hiss olunmayıb.