SÜJET
Ötən il 52 kişi, 534 qadın məişət zorakılığına məruz qalıb
Yurd.Media xəbər verir ki, bu, Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2024-cü il üzrə məlumatında öz əksini tapıb.
Qeyd olunub ki, 2024-cü ildə məişət zorakılığı ilə bağlı 594 müraciət daxil olub. Müraciət əsasında zorakılığa məruz qalanların 52-si kişi, 534-ü qadın, 436-sı uşaq, 8-i əlil, 5-i ahıl, 4-i şəhid ailəsi olub.
Müraciət əsasında zorakılıq törədənlərin isə 555-i kişi, 252-si qadın olub.
Müraciətlərin zorakılığın növlərinə görə təhlili göstərir ki, müraciət edənlərin 136-sı psixoloji, 403-ü fiziki, 45-i iqtisadi və 10-u cinsi zorakılığa məruz qalıb.
Müqayisə üçün bildirək ki, 2023-cü ildə Dövlət Komitəsinə məişət zorakılığı ilə bağlı 560 müraciət daxil olub, zorakılıq törədənlərin isə 497-si kişi, 133- u qadın olub. Bu da onun göstərir ki, 2024-cü ildə Dövlət Komitəsinə məişət zorakılığı ilə bağlı müraciətlərin sayı artıb.