SÜJET

Market araşdırması Bank Sülh gündəliyi Süni intellekt Böyük Qayıdış
Azərbaycan və Türkiyə hərbçilərinin müasir döyüş üsulları məşqi - VİDEO

Azərbaycan və Türkiyə hərbçilərinin müasir döyüş üsulları məşqi - VİDEO

  • 08 may 2026, 19:58

Azərbaycan və Türkiyə hərbçiləri müasir döyüş üsullarını məşq edib.

Yurd.Media xəbər verir ki, Bakıda Azərbaycan Ordusu və Türkiyə Silahlı Qüvvələrinin hərbi qulluqçularının iştirakı ilə “Radioelektron mübarizə bölmələrinin birgə taktiki-xüsusi təlimi” keçirilib.

Müdafiə Nazirliyinin rəhbərliyi və digər vəzifəli şəxslər təlimin gedişatını izləyib.

Müdafiə naziri general-polkovnik Zakir Həsənova təlimin mövzusu, mərhələləri və icra olunma ardıcıllığı məruzə edilib.

Bildirilib ki, şəxsi heyətin nəzəri və praktiki vərdişlərinin təkmilləşdirilməsi məqsədilə keçirilən təlimdə iştirakçılar yüksək texnologiyaların tədbiqi ilə müxtəlif qoşun növləri ilə qarşılıqlı əlaqədə müasir döyüş üsullarını məşq edib, qarşıya qoyulan tapşırıqları yüksək keyfiyyətlə icra edərək məqsədlərə nail olublar.

Müdafiə Nazirliyinin rəhbərliyi bölmələrin taktiki-xüsusi fəaliyyətlərini və şəxsi heyətin döyüş hazırlığını yüksək qiymətləndirib.

Azərbaycan və Türkiyə hərbçilərinin müasir döyüş üsulları məşqi - VİDEO
Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları