2024-cü ildə Qeyri-Hökumət Təşkilatlarına (QHT) Dövlət Dəstəyi Agentliyi 6,397 milyon manat qrant ayırıb.
Yurd.Media xəbər verir kı, bu barədə Agentliyin illik maliyyə hesabatında bildirilir.
Sənədə əsasən, bu, 2023-cü illə müqayisədə 47,1% çoxdur.
Ötən il 413 QHT Agentlikdən qrant alıb. Bu isə əvvəlki ilə nisbətən 7,8% azdır.