SÜJET

Süni intellekt Böyük Qayıdış Bank Daşınmaz əmlak Sülh gündəliyi
PMD Qrupun payçı olduğu şirkətin xalis mənfəəti “demək olar ki, yerində sayıb”

"PMD Qrup"un payçı olduğu şirkətin xalis mənfəəti “demək olar ki, yerində sayıb”

  • 22 sentyabr 2026, 16:21

“PAŞA Holdinq” MMC-yə məxsus “PMD Qrup”un payçı olduğu "Abşeron Logistika" MMC 2025-ci ilin yekunları ilə bağlı maliyyə göstəricilərini açıqlayıb.

Yurd.Media xəbər verir ki, şirkət ötən il 6,2 milyon manat xalis mənfəət əldə edib. Bu, əvvəlki illə müqayisədə 1,3% çoxdur.

Bu ilin əvvəlinə "Abşeron Logistika"nın aktivləri ötən ilin əvvəlinə nisbətən 24,1% çox - 46,2 milyon manat təşkil edib.

Şirkətin öhdəlikləri 25,6 milyon manat (21,3% çox), balans kapitalı isə 20,6 milyon manat (27,7% çox), o cümlədən nizamnamə kapitalı cəmi 500 manat (dəyişməyib) olub.

Skat.az - Ev və Avtomobil elanları