SÜJET

Böyük Qayıdış Bank Süni intellekt Erməni hərbi cinayətkarların məhkəməsi Kiberdələduzluq
Premyer Liqada Zəfər turu iki qarşılaşma ilə davam edəcək

Premyer Liqada "Zəfər turu" iki qarşılaşma ilə davam edəcək

  • 08 noyabr 2025, 09:43

Azərbaycan Premyer Liqasının XI turunda bu gün daha iki qarşılaşma baş tutacaq.

Yurd.Media xəbər verir ki, "Zəfər turu"nun ikinci oyun günündə əvvəlcə "Araz-Naxçıvan" "Karvan-Yevlax"ı qəbul edəcək.

Görüş Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda saat 15:44-də start götürəcək. Naxçıvan təmsilçisi 16 xalla turnir cədvəlinin 6-cı pilləsində yer alıb. 11-ci yerdə olan "Karvan-Yevlax"ın isə 5 xalı var.

Günün son matçı "Zirə" və "Turan Tovuz" arasında baş tutacaq. Qarşılaşma Zirə İdman Kompleksinin stadionunda saat 18:44-də başlayacaq. "Zirə" 19 xalla turnir cədvəlində dördüncüdür. Lider mövqeyində olan Tovuz təmsilçisinin isə 21 xalı var.

Prime Leasing
SPE Annual Caspian