Bu gün "Qarabağ"ın növbəti Avropa sınağıdır.
Yurd.Media xəbər verir ki, Ağdam klubu UEFA Çempionlar Liqasının Liqa mərhələsinin dördüncü turunda İngiltərənin "Çelsi" klubu ilə üz-üzə gələcək.
Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək matç saat 21:45-də start götürəcək.
Qeyd edək ki, "Qarabağ" növbəti oyununu noyabrın 26-da səfərdə "Napoli" klubuna qarşı keçirəcək.
"Qarabağ" UEFA Çempionlar Liqasının əsas mərhələsində üç oyundan sonra 6 xal toplamağı bacarıb.