SÜJET

Böyük Qayıdış Bank Süni intellekt Erməni hərbi cinayətkarların məhkəməsi Kiberdələduzluq
Qarabağ - Çelsi oyununa boykot çağırışı

"Qarabağ" - "Çelsi" oyununa boykot çağırışı

  • 04 noyabr 2025, 08:39
Bakı

"Qarabağ" - "Çelsi" oyununun biletlərinin qara bazarda satışa çıxmasına etiraz edən azarkeşlər sosial şəbəkələrdə qarşılaşmanı boykot etmək çağırışı səsləndirirlər.

Yurd.Media xəbər verir ki, Çempionlar Liqasının liqa mərhələsinin 4-cü turu çərçivəsində İngiltərə klubu ilə Bakıda Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək oyununun biletlərinin satışa çıxarılması problemlə müşahidə olunub.

Biletlərin satışı elan olunduğu andan etibarən iTicket.az saytına giriş məhdudlaşmısdi. Satış 15:00-da başlasa da, neçə saat ərzində bilet almaq mümkün olmadı. 

Dünəndən isə qara bazarda kütləvi bilet satışının başladıldığı bildirilir.

"Biz sayt vasitəsilə biletlərin əldə olunmasında yaranmış problemi süni hesab edirik və bilirdik ki, bunun nəticəsi qara bazarın işə salınması ilə nəticələnəcək. Elə bir gün sonra sosial şəbəkələrdə bilet satışı ilə bağlı elanlar yayılmağa başladı. 10 manatlıq biletlər 30, 40 manata təklif olundu. Ona görə də hamılıqla oyunu boykot etməliyik. Qoy həmin saxta yollarla əldə olunmuş biletlər elə qara əllərdə də qalsın. Eybi yoxdur, sevimli komandamızın oyununa televizordan baxarıq. Amma qara bazardan bilet almamalıyıq ki, gələcəkdə belə hallar təkrarlanmasın", - deyə, azarkeşlər reaksiya verib. 

Bu çağırışa yüzlərlə dəstək rəyləri yazılıb.

Prime Leasing
SPE Annual Caspian