UEFA Çempionlar Liqasının əsas mərhələsində keçiriləcək "Qarabağ" - "Çelsi" (İngiltərə) oyununun biletlərinin satışa çıxarılması problemlə müşahidə olunub.
Yurd.Media xəbər verir ki, biletlərin satışı elan olunduğu andan etibarən iTicket.az saytına giriş məhdudlaşmısdi.
Satış 15:00-da başlasa da, neçə saat ərzində bilet almaq mümkün olmadı.
Axşam saatlarında Ağdam klubunun yaydığı məlumata görə, "Qarabağ" - "Çelsi" oyununa indiyədək 22 500 bilet satılıb.

Qeyd edək ki, "Qarabağ" - "Çelsi" oyunu noyabrın 5-də Tofiq Bəhramov adına Respublika stadionunda, saat 21:45-də start götürəcək.