SÜJET

Böyük Qayıdış Bank Süni intellekt Erməni hərbi cinayətkarların məhkəməsi Kiberdələduzluq
Premyer Liqada Zəfər turu derbi ilə yekunlaşıb

Premyer Liqada "Zəfər turu" derbi ilə yekunlaşıb

  • 09 noyabr 2025, 20:57

Azərbaycan Premyer Liqasının XI turu yekunlaşıb.

Yurd.Media xəbər verir ki, "Zəfər turu"nda əvvəlcə "Sabah" "Kəpəz"lə qaşılaşıb. Bakı kollektivi 3:1 hesablı qələbəyə sevinib.

Qalib komandanın qollarını Velko Simiç (22), Coy Lens Mikels (28) və İqor Nogeyra (54) vurublar. Gəncəlilərdən isə Olavale Onanuqa (45+5) fərqlənib.

Sonra "Qarabağ" və "Neftçi" komandaları arasında Azərbaycan derbisi keçirilib.

"Zəfər turu"nun son oyununda Ağdam təmsilçisi rəqibini 2:0 hesabı ilə məğlub edib.

Qolları Toral Bayramov (50-pen) və Kamilo Duran (84) vurublar.

"Qarabağ" 23 xalla turnir cədvəlinə başçılıq edir. 15 xalı olan "Neftçi" yeddincidir.

Qeyd edək ki, turun əvvəlki görüşlərində "Şamaxı" "İmişli"ni (1:0), "Sumqayıt" "Qəbələ"ni (2:0), "Araz-Naxçıvan" "Karvan-Yevlax"ı (2:1) üstələyib. "Zirə" - "Turan Tovuz" oyununda isə hesab açılmayıb.

Prime Leasing
SPE Annual Caspian