SÜJET

Böyük Qayıdış Bank Süni intellekt Erməni hərbi cinayətkarların məhkəməsi Kiberdələduzluq
Bakıda TARİX YAZILDI: Qarabağ - Çelsi 2:2

Bakıda TARİX YAZILDI: "Qarabağ" - "Çelsi" 2:2

  • 05 noyabr 2025, 23:39

Bakıda Tofiq Bəhramov stadionunda  "Qarabağ" və "Çelsi" (İngiltərə) komandaları arasında UEFA Çempionlar Liqasının əsas mərhələsinin IV turunda qarşılaşıblar.

Yurd.Media xəbər verir ki, oyuna sürətli hücumlatla başlayan İngiltərə komandası 17-ci dəqiqədə Estevan Villianın qolu ilə hesabda önə çıxıb - 0:1.

Birinci hissənin qalan dəqiqələrində "Qarabağ" hesabı öz xeyrinə dəyişə bilib. 

Əvvəlcə 29-cu dəqiqədə Leandro Andrade adını tabloya yazdırıb - 1:1.

39-cu dəqiqədə isə Marko Yankoviç penalti zərbəsindən fərqlənib - 2:1.

Avstriyadan olan FIFA referisi Sebastyan Qishamerin idarə etdiyi oyunun ikinci hissəsinə "Çelsi" qolla başlayıb. Alexandro Qarnaço 53-cü dəqiqədə hədəfdən yayınmayıb - 2:2.

Bununla da ağdamlılar cari mövsüm Çempionlar Liqasının Liqa mərhələsindəki xallarının sayını 7-ə çatdırıblar.

Qeyd edək ki, Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv V turda, noyabrın 25-də səfərdə İtaliyanın "Napoli" kollektivinin qonağı olacaq.

Prime Leasing
SPE Annual Caspian