2025-ci ildə “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) Bakı-Naxçıvan-Bakı resylərindən hər gün orta hesabla 2 min nəfər istifadə edib.
Bu barədə Yurd.Media-ya aviaşirkətdən bildirilib.
Məlumata görə, ötən il bu reyslərlə ümumilikdə 735 min nəfər daşınıb. Bu isə əvvəlki ilə nisbətən 2% çoxdur.
İl ərzində muxtar respublikaya uçuçların sayı isə 6% artımla 7 261 olub.