SÜJET

Erməni hərbi cinayətkarların məhkəməsi Bank Böyük Qayıdış Daşınmaz əmlak Süni intellekt
Azad olunmuş daha bir kənd ilk sakinlərini qəbul etdi - FOTO

Azad olunmuş daha bir kənd ilk sakinlərini qəbul etdi - FOTO

  • 19 fevral 2026, 17:24
Xocalı

İşğaldan azad olunmuş daha bir kənd ilk dəfə öz sakinlərinə qucaq açıq.

Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən Yurd.Media-ya bildirilib ki, bugün Xocalı rayonunun Xanabad kəndinə ilk köç həyata keçirilib.

Xanabad kəndinə ilkin mərhələdə 154 nəfərdən ibarət 38 ailə qayıdıb.

Kənddə mövcud yaşayış evləri əsaslı şəkildə təmir olunub, yaşayış məntəqəsi 24 saat fasiləsiz olaraq təbii qaz, elektrik enerjisi və içməli su ilə təmin edilib, sakinlərin rahat yaşayışı üçün hərtərəfli şərait yaradılıb.

Yeni mənzillərin açarları Xocalı şəhərində keçirilən mərasimdə sakinlərə təqdim olunub. Təqdimetmə mərasimində iştirak edən Azərbaycan Respublikası Prezidentinin Xankəndi şəhərində Ağdərə və Xocalı rayonları üzrə xüsusi nümayəndəsinin müavini Səbuhi Qəhrəmanov çıxış edərək bildirib ki, Xanabad kəndində bütün zəruri infrastruktur qurulub və əhalinin dayanıqlı məskunlaşması, məşğulluğunun təmin edilməsi üçün kompleks tədbirlər həyata keçirilib.

Qeyd olunub ki, bu proses Prezident İlham Əliyev tərəfindən elan edilmiş “Böyük Qayıdış” proqramının tərkib hissəsidir. Dövlət başçısının vurğuladığı kimi, işğaldan azad edilmiş ərazilərdə həyat sürətlə bərpa olunur, keçmiş məcburi köçkünlər doğma yurdlarına ləyaqətli və təhlükəsiz şəkildə qayıdırlar.

Xatırladaq ki, Xanabad kəndinə həyata keçirilən bu köç nəzərə alınmaqla, ümumilikdə, Xocalı rayonu üzrə artıq 1 şəhər və 8 kəndə keçmiş məcburi köçkünlərin köçü təmin edilib.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları