SÜJET

Erməni hərbi cinayətkarların məhkəməsi Kiberdələduzluq Qeyri-sabit hava Süni intellekt Böyük Qayıdış
Aynişan Quliyevaya qarşı dələduzluq İDDİASI: Pul tələb olunub

Aynişan Quliyevaya qarşı dələduzluq İDDİASI: Pul tələb olunub

  • 19 aprel 2025, 14:59

Tanınmış bloger Aynişan Quliyevaya qarşı dələduzluq edilib.

Yurd.Media xəbər verir ki, naməlum şəxs onun adından anası, əməkdar artist Aybəniz Haşımovaya və digər yaxınlarına mesaj yazaraq pula ehtiyacı olduğunu bildirib.

Bu barədə Aynişan şəxsi "Instagram" hesabında paylaşım edib. O bildirib ki, sözügedən şəxs onun "Telegram" hesabını ələ keçirərək hamıdan pul istəyib.

Bloger artıq bununla bağlı şikayət də edib. O, polis bölmələrindən birində həmin dələduz barəsində şikayət ərizəsi yazıb.