2026-cı ildə dövlət büdcəsindən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (“ASAN Xidmət”) saxlanılmasına 60,5 milyon manat vəsait ayrılacaq.
Yurd.Media xəbər verir ki, bu barədə “2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsində bildirilir.
Sənədə əsasən, bu, 2025-ci ilin təsdiq olunmuş proqnozu ilə müqayisədə 1% azdır.
Bu il “ASAN Xidmət”in saxlanılmasına büdcədən 61,1 milyon manat ayrılıb.
Dövlət Agentliyinə Ülvi Mehdiyev rəhbərlik edir.