“Xalq Bank”ın idarə rəisi Dövlət xidmətinə müşavir keçib.
Yurd.Media "İqtisadiyyat.az"a istinadən xəbər verir ki, “Bakı Abadlıq Xidməti”nin Baş direktoruna yeni müşavir təyin edilib.
Bununla bağlı Baş direktor Bünyad Qasımov müvafiq əmr imzalayıb.
Əmrə əsasən, Rövşən İsmayılov direktorun müşaviri vəzifəsinə təyin olunub.
R.İsmayılov yeni təyinatadək “Xalq Bank”da Risklərin idarə edilməsi idarəsinin rəisi vəzifəsində çalışıb.
Qeyd edək ki, Bakı Abadlıq Xidməti 2007-ci ildən yaşıllaşdırma, abadlaşdırma, əraziyə qulluq, fasadların təmiri və parkların tikintisi, tarixi abidələrin bərpası, Bakı kəndlərinin və Qarabağın bərpası və yenidənqurulması xidmətlərini həyata keçirir.