Azərbaycan hökuməti gələn il fiziki şəxslərin gəlir vergisi üzrə dövlət büdcəsinə daxilolmaların 3 070 milyon manat olacağını gözləyir.
Bu barədə Yurd.Media-ya Maliyyə Nazirliyindən bildirilib.
Məlumata görə, bu, 2026-cı ilin təsdiq olunmuş proqnozu ilə müqayisədə 29% çoxdur.
Xatırladaq ki, Vergi Məcəlləsinə ötən il edilmiş dəyişikliklərə əsasən, gələn il qeyri-dövlət və qeyri-neft-qaz sektorunda çalışan, aylıq gəliri 2 500 manata qədər olanlar bunun 5%-i qədər - 125 manat vergi ödəməli olacaq (bu il vergi 3% və yaxud 75 manatdır).