Azərbaycan hökuməti gələn il hüquqi şəxslərin mənfəət (gəlir) vergisi üzrə dövlət büdcəsinə daxilolmaların 6 983 milyon manat olacağını gözləyir.
Bu barədə Yurd.Media-ya Maliyyə Nazirliyindən bildirilib.
Məlumata görə, bu, 2026-cı ilin təsdiq olunmuş proqnozu ilə müqayisədə 6,1% çoxdur.
Bundan başqa, hüquqi şəxslərin torpaq vergisi ödəmələri üzrə proqnoz 2,1% artırılaraq 48 milyon manata, əmlak vergisi ödəmələri üzrə proqnoz isə 6,4% artırılaraq 400 milyon manata çatdırılıb.