“Ölkəmizdə aprel ayında baş verən təbiət hadisələri istehsalçıları maliyyə itkiləri ilə üz-üzə qoyub”.
Yurd.Media APA-ya istinadən xəbər verir ki, bunu Milli Məclisin Aqrar siyasət komitəsində "Aqrar sektorda sahibkarlığa dəstək: nəticələr və perspektivlər" mövzusunda keçirilən ictimai dinləmədə Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Fuad Sadıqov deyib.
Fuad Sadıqovun sözlərinə görə, yalnız aprel ayında aqrar sığorta fonduna edilən müraciətlər deməyə əsas verir ki, ölkədə sığortalanmış 13 milyon manatlıq istehsala tam və ya qismən ziyan dəyib.
“İlin əvvəlindən isə artıq 26 milyon manatlıq istehsala ziyan dəyməsi ilə bağlı müraciətlər olub. Bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə iki dəfə çoxdur”, - deyə sədr bildirib.