SÜJET

Erməni hərbi cinayətkarların məhkəməsi Bank Böyük Qayıdış Daşınmaz əmlak Süni intellekt
Amerika Birləşmiş Ştatlarının Vitse-prezidenti Bakıda - FOTO

Amerika Birləşmiş Ştatlarının Vitse-prezidenti Bakıda - FOTO

  • 10 fevral 2026, 18:34

Amerika Birləşmiş Ştatlarının Vitse-prezidenti Ceyms Devid Vensin Azərbaycana səfəri başlayıb.

 Yurd.Media xəbər verir ki, Vitse-prezidentin rəsmi qarşılanma mərasimi olub.

Hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı meydanda ABŞ-nin Vitse-prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Azərbaycan Prezidenti İlham Əliyev ABŞ-nin Vitse-prezidenti Ceyms Devid Vensi qarşılayıb.

Fəxri qarovul dəstəsinin rəisi ABŞ-nin Vitse-prezidentinə raport verib.

Amerika Birləşmiş Ştatlarının və Azərbaycan Respublikasının Dövlət himnləri səsləndirilib.

Azərbaycan nümayəndə heyətinin üzvləri Vitse-prezidenti Ceyms Devid Vensə, Amerika Birləşmiş Ştatları nümayəndə heyətinin üzvləri Azərbaycan Prezidentinə təqdim olunub.

Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında Azərbaycan Prezidenti İlham Əliyevin və ABŞ-nin Vitse-prezidenti Ceyms Devid Vensin qarşısından keçib.

Sonra rəsmi foto çəkdirilib.

Azərbaycan Prezidenti İlham Əliyevin ABŞ-nin Vitse-prezidenti Ceyms Devid Vens ilə məhdud tərkibdə görüşü keçirilib.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları