Azər İsmayıl oğlu Mursaqulov Dövlət Statistika Komitəsinin sədri təyin edilib.
Yurd.Media xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.
A.Mursaqulov 1981-ci ildə anadan olub. O, 2003-cü ildə Türkiyənin Boğaziçi Universitetinin məzunu olub, həmin ildə ABŞ-nin Corciya Universitetində iqtisadiyyat üzrə Fəlsəfə Doktoru elmi dərəcəsi alıb.
2010-2012-ci illərdə Vaşinqtonda, Beynəlxalq Valyuta Fondunun baş qərargahında Fondun icraçı direktorunun müşaviri işləyib. 2012-2019-cu illərdə Maliyyə Nazirliyində müxtəlif vəzifələrdə çalışıb. 2019-cu ildən bu günə qədər Maliyyə Nazirliyi yanında Dövlət Borclarının və Maliyyə Öhdəliklərinin İdarə Edilməsi Agentliyinin direktoru vəzifəsində çalışıb.
Qeyd edək ki, Dövlət Statistika Komitəsinin bundan əvvəlki sədri Tahir Budaqov olub. O, dövlət başçısının Sərəncamı ilə Nəsimi rayonunun icra başçısı təyin edilib.