SÜJET

Erməni hərbi cinayətkarların məhkəməsi Bank Böyük Qayıdış Daşınmaz əmlak Süni intellekt
Ötən il 70-dək yanacaqdoldurma məntəqəsində nöqsanlar aşkarlanıb

Ötən il 70-dək yanacaqdoldurma məntəqəsində nöqsanlar aşkarlanıb

  • 10 fevral 2026, 11:48

Azərbaycanda ötən il 68 yanacaqdoldurma məntəqəsində nöqsanlar aşkarlanıb.

Fövqəladə Hallar Nazirliyinin Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyi tərəfindən 2025-ci il ərzində görülmüş işlərə dair mətbuat konfransı zamanı agentliyin rəisi Vüsal Ağayev bildirib ki, 2025-ci ildə 1016 yanacaqdoldurma məntəqəsində yoxlama aparılıb, onların 35-nin fəaliyyəti məhdudlaşdırılıb, 33-nə isə cərimə tətbiq edilib.

O deyib ki, kustar üsulla hazırlanmış, müəyyən standartlara cavab verməyən kranlar - qurğular qeydiyyata alınmır:

"Bu qurğuların biz tərəfdən istismarına icazə verilmir. Həmçinin yanacaq doldurma məntəqələri də təhlükə potensiallı obyekt hesab olunur. Onları mütəmadi yoxlayırıq və müəyyən məhdudlaşdırma tədbirləri həyata keçirilir. Ötən il 1016 yanacaqdoldurma məntəqəsində yoxlama aparılıb. Onların 35-nin fəaliyyəti məhdudlaşdırılıb, 33-nə isə cərimə tətbiq edilib".

Vüsal Ağayev həmçinin qeyd edib ki, ötən il 292 ədəd texnoloji və digər mexaniki nəqliyyat vasitəsi qeydiyyatdan çıxarılıb.

O bildirib ki, 2025-ci ildə 990 hüquqi və fiziki şəxsin 1523 ədəd texnoloji nəqliyyat vasitəsi dövlət qeydiyyatına alınıb:

"Eyni zamanda, 795 hüquqi və fiziki şəxsin 2016 texnoloji və digər mexaniki nəqliyyat vasitələrinin texniki baxışı həyata keçirilib, 48 hüquqi və fiziki şəxsə məxsus 248 ədəd nəqliyyat vasitəsi təkrar qeydiyyata alınıb, hüquqi və fiziki şəxslərin isə 292 ədəd nəqliyyat vasitəsi qeydiyyatdan çıxarılıb".

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları