Ağstafada leysan yağış fəsadlar törədib.
Yurd.Media xəbər verir ki, gecə saatlarında yağan güclü yağış nəticəsində rayonun Dağ Kəsəmən kəndindən keçən su arxı daşıb, əraziyə, sahələrə sel suları dolub.
Hazırda aidiyyəti qurumlar tərəfindən fəsadlarını aradan qaldırılması istiqamətində işlər davam etdirilir.
Qeyd edək ki, axşam saatlarında Qazax, Ağstafa və Gədəbəy rayonunda güclü yağış yağıb.