SÜJET

Bank Erməni hərbi cinayətkarların məhkəməsi Kiberdələduzluq Süni intellekt Böyük Qayıdış
Ağdama gedən qatara biletlərin hamısı 3 günə satılıb

Ağdama gedən qatara biletlərin hamısı 3 günə satılıb

Ağdam

32 ildən sonra ilk dəfə bu gün Bakıdan Ağdama yola düşmüş sərnişin qatarı tam dolub.

Yurd.Media xəbər verir ki, 27 avqustda satışa çıxarılmış biletlər 3 gün ərzində satılıb.

Sərnişinlər arasında Ağdamdan olan tanınmış ictimaiyyət nümayəndələri, media mənsubları və qonaqlar da var. 

Qeyd edək ki, müasir “Stadler” qatarı bu gün saat 7:10-da Bakıdan Ağdam istiqamətində hərəkətə başlayıb. Qatar saat 18:20-də əks istiqamətdə yola düşəcək.

Prime Leasing