SÜJET

Böyük Qayıdış Sülh gündəliyi Süni intellekt Market araşdırması Bank
Şuşada bu tarixi şəxsiyyətlərin də evləri bərpa olunur - SİYAHI

Şuşada bu tarixi şəxsiyyətlərin də evləri bərpa olunur - SİYAHI

  • 31 iyul 2026, 20:58
Şuşa

Şuşada daha üç tarixi şəxsiyyətlərin evi bərpa olunacaq.

Yurd.Media "Plat.az"a istinadən xəbər verir ki, Şuşa şəhərində yerləşən abidələrin bərpa konservasiyası işlərinin 4-cü mərhələsinə start verilir.

Bu mərhələdə 3 tarixi-memarlıq abidəsinin bərpa-konservasiya işləri aparılacaq.

Sözügedən tikililər Şuşada tanınmış şəxslərdən olan Kəblə Məhəmmədin evi, Hacıquluların malikanəsi və Qasım Bəy Zakirin evidir. 

Qeyd edək ki, Şuşa işğaldan azad edildikdən sonra şəhərdə yüksək sürətlə bərpa-quruculuq işləri aparılır. Bu çərçivədə 2026-cı ilə qədər Şuşada 27 tarixi abidə, 5 məscid, 1 kilsə, Bülübülün Ev muzeyi və Üzeyir Hacıbəyovun abidəsi bərpa edilib. Bu il isə, şəhərdə 15 abidədə konservasiya işlərinin aparılması nəzərdə tutulub.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları