SÜJET

Sülh gündəliyi Böyük Qayıdış Erməni hərbi cinayətkarların məhkəməsi Bank Süni intellekt
Sabirabadda rəsm və kitab SƏRGİSİ

Sabirabadda rəsm və kitab SƏRGİSİ

  • 15 dekabr 2025, 20:04
Sabirabad

Sabirabad rayonunda rəsm və kitab sərgisi təşkil olunub.

Yurd.Media xəbər verir ki, “Sabirabad Gənclər Evi”nin təşkilatçılığı ilə təşkil olunan tədbirin əsas məqsədi regionda ədəbiyyat və incəsənətin inkişafına töhfə vermək, eyni zamanda rayonda yaşayan istedadlı gənclərin yaradıcılıq potensialını üzə çıxarmaq olub.

Sərgidə gənclər və məktəblilər tərəfindən çəkilmiş rəsmlər nümayiş etdirilib. Təqdim olunan əsərlər iştirakçıların estetik düşüncə tərzini, yaradıcılıq baxışlarını və cəmiyyətə ünvanlanan sosial mesajlarını əks etdirərək ziyarətçilərin böyük marağına səbəb olub.

Bununla yanaşı, sərgidə “MİMİTA”, “Qədim Qala” və “Parlaq İmzalar” nəşriyyatlarına aid kitablar da nümayiş etdirilib.

Tədbirdə “Sabirabad Gənclər Evi”nin direktoru Rəşad Qurbanov, Sabirabad Dövlət Sosial-İqtisadi Kollecinin direktoru Kamran Nəsirov və digər qonaqlar iştirak ediblər.

Çıxış edənlər bu kimi mədəni tədbirlərin gənclərin şəxsi və yaradıcı inkişafında, eləcə də könüllülük dəyərlərinin təşviqində mühüm rol oynadığını vurğulayıblar.

Sərginin sonunda fəal iştirak edən gənclərə və məktəblərə təşəkkürnamələr, sertifikatlar və xatirə hədiyyələri təqdim olunub.

Qeyd edək ki, sərgi könüllülük fəlsəfəsinin təbliği, gənclərin yaradıcılığının dəstəklənməsi və məktəblər arasında sağlam rəqabətə əsaslanan müsbət motivasiya mühitinin formalaşdırılması baxımından böyük əhəmiyyət kəsb edir.

Prime Leasing
SPE Annual Caspian