SÜJET

WUF13 Bank Böyük Qayıdış Market araşdırması Sülh gündəliyi
Rasim Balayevin qəbirüstü abidəsi hazırlanır

Rasim Balayevin qəbirüstü abidəsi hazırlanır

  • 30 may 2026, 23:57

"Rasim Balayevin qəbirüstü abidəsi ilə bağlı mötəbər insanlarla söhbət etdim və mənə bildirildi ki, ortalığa yüksək səviyyədə iş qoyulacaq. Bununla bağlı fikirlər var”.

Yurd.Media "Musavat.com”a istinadən xəbər verir ki, bunu şair Baba Vəziroğlu yaxın dostu, mərhum Xalq artisti Rasim Balayevin qəbirüstü abidəsi ilə bağlı danışarkən deyib.

O bildirib ki, hələlik konkret hazır layihə olmasa da bu istiqamətdə danışıqlar gedir:

"Standart layihə olmayacaq, Rasimin adına layiq bir iş təqdim ediləcək. Rasimin oğulları ilə əlaqə saxlamışam. Layihələr hazır olan zaman onları dəvət edəcəklər ki, baxsınlar”.

Xatırladaq ki, Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri, Xalq artisti Rasim Balayev martın 29-da Memorial Xəstəxanada vəfat edib.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları