SÜJET

Erməni hərbi cinayətkarların məhkəməsi Böyük Qayıdış Kiberdələduzluq Süni intellekt Bank
Qala Əntiq Əşyalar Muzeyi bərpadan sonra yenidən fəaliyyətə başlayıb

Qala Əntiq Əşyalar Muzeyi bərpadan sonra yenidən fəaliyyətə başlayıb

  • 07 iyul 2025, 15:26

Qala Əntiq Əşyalar Muzeyi bərpadan sonra yenidən qapılarını açıb.

Yurd.Media-nın məlumatına görə, uzun müddət qəzalı vəziyyətdə olan və dəyərli tarixi mirasımızı yaşadan Qala Əntiq Əşyalar Muzeyi "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin həyata keçirdiyi bərpa işlərindən sonra yenidən ziyarətçilərin ixtiyarına verilib.

Qeyd edək ki, 2011-ci ildə Heydər Əliyev Fondunun təşəbbüsü ilə yaradılan muzey, illər boyunca Azərbaycan xalqının zəngin dekorativ-tətbiqi sənət nümunələrini və qədim məişət əşyalarını geniş ictimaiyyətə təqdim edib.

Hazırda muzeydə 800-dən çox unikal eksponat nümayiş etdirilir.

Prime Leasing