SÜJET

Market araşdırması Bank Sülh gündəliyi Süni intellekt Böyük Qayıdış
UNESCO-nun debatlarında Azərbaycan nümayəndəsindən TƏKLİF

UNESCO-nun debatlarında Azərbaycan nümayəndəsindən TƏKLİF

Azərbaycan nümayəndəsi UNESCO iclasında dəyişən qlobal mühit şəraitində qarşılıqlı anlaşma, dialoq və əməkdaşlığın təşviqinin əhəmiyyətini vurğuladı.
 
Yurd.Media xəbər verir ki, Fransanın Paytaxtı Parisdə UNESCO-nun mənzil-qərargahında Təşkilatın İcraiyyə Şurasının 224-cü sessiyası sessiyası çərçivəsində keçirilən plenar debatlar zamanı Azərbaycan Respublikasının UNESCO yanında Daimi Nümayəndəsi, səfir Elman Abdullayev tərəfindən ölkəmizin milli bəyanatı səsləndirilib. 

Milli bəyanatda UNESCO-nun fəaliyyətində institusional səmərəliliyin, şəffaflığın və hesabatlılığın daha da gücləndirilməsinin vacibliyi vurğulanıb, təşkilatın prioritetləri ilə mövcud resurslar və icra mexanizmləri arasında uyğunluğun təmin edilməsinin əhəmiyyəti bildirilib. Eyni zamanda, qlobal çağırışlar fonunda UNESCO-nun təhsil, elm və mədəniyyət sahələrində dialoq və əməkdaşlığın təşviqində oynadığı mühüm rol diqqətə çatdırılıb. 

Çıxış zamanı təşkilat daxilində üzv ölkələr ilə katiblik arasında koordinasiyanın gücləndirilməsinin zəruriliyi vurğulanıb, bu istiqamətdə aparılan islahatların əhəmiyyəti qeyd edilıb. 

Həmçinin bildirilmişdir ki, dəyişən qlobal mühit şəraitində qarşılıqlı anlaşma, dialoq və əməkdaşlığın təşviqi mühüm əhəmiyyət kəsb edir və UNESCO-nun səlahiyyətləri bu sahədə xüsusi rol oynamağa imkan verir.

Plenar debatlar zamanı, həmçinim Daimi Nümayəndəlik tərəfindən ölkəmizin Qrup 77 və Çin Paris bölməsi, eləcə də UNESCO-da fəaliyyət göstərən Türk Dövlətləri Qrupu adından da bəyanatlar səsləndirilib.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları