Sabah bütün muzeylərə giriş pulsuz olacaq.
Mədəniyyət Nazirliyindən Yurd.Media-ya bildirilib ki, 18 Aprel - Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü münasibətilə Azərbaycan Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən tarix-mədəniyyət qoruqları və muzeylərdə "açıq qapı" günü keçiriləcək.
Bildirilib ki, aprelin 18-də ziyarətçilərin qeyd olunan məkanlara girişi ödənişsiz təmin olunacaq.