Dövlət televiziyası 4 aktyora 50 min manata qədər qonorar verəcək.
Yurd.Media "İqtisadiyyat.az"a istinadən xəbər verir ki, “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti (AzTV) daha bir qrup aktyor və aktrisa ilə əməkdaşlığa başlayıb.
AzTV bununla bağlı müxtəlif seriallar üzrə xidmətin satın alınması üzrə həmin sənət adamları ilə müqavilə bağlayıb.
"Biz", "Səssiz səslər” və "44 gün" film və televiziya layihələri üzrə xidmətin satın alınması ilə bağlı bağlanmış müqaviləyə əsasən, aşağıdakı aktyor və aktrisalar layihəyə ödənişli şəkildə cəlb olunub:
1) Səfərova Afaq Bəşir qızı - 10.500 AZN,
2) Əliyev Ələkbər Həsən oğlu - 9.500 AZN,
3) Qurbanova Zülfiyyə Misirxan qızı - 12.500 AZN,
4) İbrahimov Şamil Zülfüqar oğlu - 15.000 AZN.