“Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı” çərçivəsində Ordubad şəhərində yerləşən “Ərbabın iş yeri” adlı və ona bitişik tarixi binanın bərpası işlərinə başlanılıb.
Yurd.Media xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Qeyd edilib ki, Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin sifarişi ilə həyata keçirilən layihə üzrə hazırda ərazidə tikinti-bərpa işləri görülür.