SÜJET

WUF13 Bank Böyük Qayıdış Market araşdırması Sülh gündəliyi
Müğənnilərin toy qiymətləri: 2026 - SİYAHI

Müğənnilərin toy qiymətləri: 2026 - SİYAHI

  • 03 iyun 2026, 17:57

Azərbaycanda müğənnilərin toyda iştirak üçün müəyyənləşdirdikləri qonorar məbləği hər zaman diqqətlə izlənilir.

Yurd.Media Azərbaycanın tanınmış şou-biznes nümayəndələrinin toylara hansı məbləğə getmələri ilə bağlı "Yeni Sabah"ın hazırladığı araşdırmanı təqdim edir.

1. Xalq artisti Faiq Ağayev toylarda yalnız yarım saatlıq çıxış edir. O, bütöv və 1 saatlıq toy məclislərinə qatılmır. İfaçının toyda yarım saat çıxış etməsinin qiyməti 10 min manatdır.

2. Günay İbrahimli toylarda yarım saat iştirak etmək üçün 6 min manat qonarar tələb edir. Bütöv toyu idarə etmək isə səs sistemi, ansambl, vokalist daxil 15 min manatdır.

3. Murad Arif yarım saatlıq çıxış üçün 4 min manat tələb edir. Bütöv toyun qiyməti isə 14 min manatdır.

4. Xəyyam Nisanov Bakıda olan toy məclislərində yarım saat üçün 5 min manat qonarar tələb edir. Bütöv toyun qiyməti isə 15 min manatdır.

5.Əməkdar artist Abbas Bağırov toy məclislərində yarım saatlıq çıxış üçün 6 min, bütöv toyu aparmaq üçün isə 18 min manat tələb edir.

6. Əməkdar artist Ədalət Şükürov yarım saatlıq çıxış üçün 4 min manat, 1 saatlıq ifa üçün isə 6 min manat gəlir əldə edir. İfaçı bütöv toy məclislərində iştirak etmir.

7. Müğənni Manaf Ağayev bütöv toy məclisində çıxış üçün 3.500 manat qonarar tələb edir. O, məclisə öz ansambılı ilə qatılır və bir nəfər də xanım ifaçı gətirir.

8. Xalq artisti Tünzalə Ağayeva toy məclislərində yarım saatlıq və 45 dəqiqəlik çıxış edir. O, yarım saat üçün 6500, 45 dəqiqəlik ifa üçün isə 10 min manat vəsait tələb edir.

9. Əməkdar artist Manana Caparidze isə Bakıda toy məclislərində yarım saatlıq çıxış üçün 5 min, 1 saatlıq çıxış üçün isə 7 min manat vəsait tələb edir. İfaçı bütöv toy məclislərində iştirak etmir.

10. Xatirə İslam yarım saatlıq ifa üçün 5 min, bütöv toy məclisi üçün isə ansamblla birlikdə 12 min, ansambılsız isə 8 min manat vəsait tələb edir.

11. Kəmalə Günəşli 1 saatlıq məclis üçün 2 min, bütöv toy üçün ansamblla 5000, ansambılsız isə 3500 manat qazanc əldə edir.

12. Xuraman Şuşalı toy məclislərində yarım saatlıq ifa üçün 1500, 1 saat üçün 2 min, bütün məclis üçün isə 4 min manat tələb edir. Əgər bütöv məclisdə musiqiçiləri ilə birlikdə çıxış edəcəksə, onda qiymət 6 min manat olur.

13. Xalq artisti Brilliant Dadaşova yarım saatlıq çıxış etdiyi məclisdən 8 min, bütöv toy idarə etmək üçün isə 15 min manat qazanc əldə edir.

14. Xalq artisti Zülfiyyə Xanbabayeva isə toy məclislərində yalnız yarım saatlıq iştirak edir. Sənətçi bu çıxışı üçün 7 min manat qonarar tələb edir.

15. Xalq artisti Eyyub Yaqubov da bütöv toy məclislərində iştirak etmir. Yarım saatlıq çıxış üçün isə 4 min manat qazanc əldə edir.

16. Elit Star ləqəbi ilə tanınan Cəmilə Bayramova məclislərdə yalnız yarım saatlıq çıxış edir. O, bu ifa üçün 500 manat alır.

17. Əməkdar artist Könül Kərimova toy məclislərində yarım saatlıq ifa üçün 3 min, 1 saat üçün 4 min, bütöv toy məclisində iştirak üçün isə 10 min manat vəsait tələb edir.

18. Əməkdar artist Elnarə Abdullayeva yarım saatlıq çıxış üçün 4 min, bütöv toyu tək idarə etmək üçün 7 min, ansamblla çıxış üçün isə 12 min qonarar alır.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları