SÜJET

Bank Böyük Qayıdış Market araşdırması Sülh gündəliyi Süni intellekt
Dövlət Televiziyası aktyorlara 250 min manatadək pul verəcək

Dövlət Televiziyası aktyorlara 250 min manatadək pul verəcək

  • 14 may 2026, 21:03

Azərbaycan Dövlət Televiziyası aktyorlara 250 min manatadək qonorar verəcək.

Yurd.Media "İqtisadiyyat.az"-a istinadən xəbər verir ki, “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti (AzTV) bir sıra aktyorlarla əməkdaşlığa başlayıb.

AzTV-nin bununla bağlı aktyorlarla bağladığı müqavilədə “Biz, səssiz səslər, 44 gün” film və televiziya layihələri üzrə xidmətin satın alınması nəzərdə tutulur.

Müqaviləyə əsasən, aşağıdakı aktyorlar layihəyə ödənişli şəkildə cəlb olunub:

Şıxəliyev Ramin Tofiq oğlu - 22.000 AZN

Novruzov Əliməmməd Kamal oğlu - 14.500 AZN

Məmmədov Ramil Şamil oğlu - 20.000 AZN

Əzizov Əzizağa Ağayar oğlu - 16.000 AZN

Əhmədov İlham Namiq Kamal oğlu - 20.000 AZN

Məhərrəmov Məbud Əliəsgər oğlu - 15.000 AZN

Mehdiyev Oqtay Nüsrət oğlu - 25.000 AZN

Fərzəliyev Natiq Aslan oğlu - 17.500 AZN

Əliyeva Ülviyyə Fərhad qızı - 20.000 AZN

Əhmədov Çingiz Əli Əşrəf oğlu - 15.000 AZN

Mehrəliyev İslam Məhəmməd oğlu - 14.500 AZN

Yəhyayev Elgün Hafiz oğlu - 17.500 AZN

Qurbanova Zülfiyyə Misirxan qızı - 12.500 AZN

Zeynalov Əjdər Mehdi oğlu - 8.500 AZN 

Əhmədov Tural Mahmud oğlu - 9.500 AZN

Bundan əlavə, AzTV “Görüş yeri” verilişi üzrə xidmətin satın alınması ilə bağlı Elnur Kərimovla 3.600 manatlıq, “Türk yurdu” verilişi üzrə xidmətin satın alınması ilə bağlı isə Əkbər Yolçuyevlə 3.948 manatlıq müqavilə bağlayıb.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları